SAR dəyəri yüksək olan smartfonlar (2020)
📌 SAR - simsiz rabitə qurğularının insan bədəninə hopdurduğu radiasiya miqdarını göstərmək üçün istifadə edilən termindir və vahidi vatt/kq-la göstərilir. SAR - Specific Absorption Rate (Xüsusi Hopdurma Dərəcəsi). SAR dəyəri 1996-cı ildə qəbul edilib və beynəlxalq bir standartı, limiti var.
🔥 2020-ci ildə ən çox radiasiya yayan - ən yüksək SAR dəyərinə sahib olan 10 telefon modeli:
1. OnePlus 7T - 1,4 vatt/kq
2. OnePlus 7T Pro - 1,394 vatt/kq
3. Google Pixel 4 XL - 1,39 vatt/kq
4. Google Pixel 4 - 1,34 vatt/kq
5. Redmi K 20 Pro - 1,33 vatt/kq
6. LG G8X ThinQ - 1,29 vatt/kq
7. Xiaomi Mi Note 10 - 1,19 vatt/kq
8. ZTE Blade Z Max - 1,17 vatt/kq
9. iPhone 11 Pro - 1,15 vatt/kq
10. iPhone 11 - 1,14 vatt/kq
📌 Ən az SAR dəyərinə sahib mobil telefonlardan biri "Mudita" şirkətinin istehsal etdiyi telefondur - 0,08 vatt/kq. Maraqlı dizaynı var, baxarsınız netdə. Amma funksiyaları azdır.
Yuxarıdakı modellər yeni smartfonlardır, daha əvvəlki illərə məxsus daha yüksək SAR dəyəri olan “Çernobıl kimi” smartfonlar var.
Məsələn:
Xiaomi Mi A1 - 1,75 vatt/kq
OnePlus 5T - 1,68 vatt/kq
Xiaomi Mi Max 3 - 1,58 vatt/kq
OnePlus 6T - 1,55 vatt/kq
HTC U12 Life - 1,48 vatt/kq
Xiaomi Mi Mix 3 - 1,45 vatt/kq
📌 Siyahıya və göstəricilərə diqqət yetirdikdə böyük şirkətlərdən qadasını aldığımız Samsung-un bu məsələyə daha həssas yanaşdığını görürük. Məsələn, aşağıdakı Samsung modelləri çox az SAR dəyərinə sahibdirlər:
Samsung Note 10 Plus - 0.208 vatt/kq
Samsung Note 10 - 0.223 vatt/kq
🔥 SAR dəyəri yüksək olan cihazlar sağlamlığımız üçün təhlükəli ola bilər. Mobil telefon alarkən təkcə kamerasına, yaddaşına baxmayın. Həm də digər göstəricilərə, ən əsası SAR dəyərinə baxın.
✅ Mənbə: EMF Advice, Russia Today, Technote, Digital Information World
#QEYD: Burada sizin reklamınız ola bilər. Məsələn, sağlamlıq mərkəzləri, texnoloji avadanlıqların satış mağazası, texnoloji xəbər saytları, radiasiyanı azaldan xüsusi kaburolar və s.
Paylaşımları istifadə edərkən istinad verməyi unutmayın.
#telefon #smartfon #SAR #sardəyəri #radiasiya #texnologiya #xəbər#siyahı #samsung #iphone #oneplus
Yorumlar
Yorum Gönder