Albert Einsteinin 100 illik teoremi təsdiq edildi

 
 
Qravitasiya dalğalarının mövcud olduğu təsdiq edildi. 100 il əvvəl Albert Einstein bunu qeyd etmişdi və bu gün daha bir mövzuda haqlı olduğu bilindi.
Laser Interferometer Gravitational Wave Observatory çalışma qrupunun alimləri tərəfindən bu gün (11 fevral 2016) bu barədə açıqlama verilib:
1.3 milyard işıq ili uzaqlığında olan, Günəşdən 30 dəfə böyük olan 2 qara dəliyin çarpışması nəticəsində yaranan qravitasiya dalğalarının çox kiçik titrəyişlərə sahib dalğaları 2010-2015-inci illərdə aparılan araşdırmalarla müşahidə edilib.
Bu kiçik dalğalar 205 milyon dollar dəyərindəki 2 detector (qəbul edici) tərəfindən müəyyən olundu. Cihaz bu dalğaların səs fayllarına çevirib dinlənməsini təmin edir. Bu LIGO qurğusunun qollarının uzunluğu 4 km-dir.
LIGO üzvü professor Szabolcs Marka açıqlamasında qravitasiya dalğalarının kəşfinin modern elmdə ən vacib irəliləmə olduğunu bildirib.
Qravitasiya dalğaları ilə birlikdə iki qara dəlik sisteminin də olmasını sübut edən LIGO qrupu bu isbatlarının bu il onlara Nobel mükafatını qazandıracağını bildiriblər.
1916-cı ildə Albert Einstein qravitasiya dalğalarının mövcud olduğunu bildirmişdi. Kosmosda olan cismlər, kütlələri nə qədər böyük olarsa o qədər də böyük gravitasiya qüvvəsi tətbiq edərlər Bu cismlərin yaratdıqları qravitasiya qüvvəsi kosmos və zamana təsir edir. Buna görə qara dəlik kimi çox böyük kütləli cismlərin çox böyük çəkim qüvvəsinin olması zamanı bükə bilər.

Bəlkə bir gün keçmişə səyahət edib, Albert Eynşteynə teoreminin təsdiq olunduğunu deyərik...
 

Yorumlar

Popüler Yayınlar